ABŞ millisinin üzvü Azərbaycan çempionatında oynayacaq!
22.07.2011 - 15:23
ABŞ millisinin üzvü Azərbaycan çempionatında oynayacaq!
Bakının “İqtisadçı” voleybol klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın bürünc mükafatçısı ABŞ milli komandasının blokçusu Cennifer Dorisi rənglərinə bağlayıb.

1988-ci il təvəllüdlü Dorislə 1 illik müqavilə imzalanıb. O, “İqtisadçı”da özünü doğruldacağı halda müqavilənin müddətinin artırılması da nəzərdə tutulub.

196 sm boya malik voleybolçunun son klubu Puerto-Rikonun “Gigantes de Karolina”sı olub. O, 2010/2011-ci il mövsümünün ən yaxşı blokçusu adını qazanıb. Doris 2007-2010-cu illərdə “Texas”da çıxış edib.

Qeyd edək ki, “İqtisadçı” Cenniferdən öncə xorvatiyalı Marina Katiç və çexiyalı Kristina Pastulovanın transferini reallaşdırmışdı. Ötən ilki heyətdən isə Yuko Sano (Yaponiya) və Alisa Blomla (Hollandiya) müqavilənin müddəti artırılıb.
0