“Bakı” transferlərdən doymur
23.07.2011 - 11:02
“Bakı” transferlərdən doymur
“Bakı” voleybol klubu növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”da debüt edəcək komandamız bu dəfə amerikalı Keti Katerlə rəsmi müqavilə imzalayıb.

1985-ci il təvəllüdlü voleybolçu ilə 1 illik anlaşma əldə edilib. Son mövsümü Türkiyə “Dicle Universiteti”ndə keçirən Kater 190 sm boya malikdir.

Qeyd edək ki, “Bakı” Ketidən öncə braziliyalılar - Renata Kolombo (Renatinya), Barboza Cibele, Alessandra Fratonini, hollandiyalılar - İnqrid Visser, Yannike van Tienen, amerikalı Reqan Hud və italiyalı Rafaella Kallonini rənglərinə bağlamışdı. Bundan əlavə, baş məşqçi postu Ancelo Vercesiyə (Braziliya) həvalə edilib.
0