Kseniya Kovalenko: Yığmamız əla potensialı olan güclü komandadır
23.07.2011 - 12:25
Kseniya Kovalenko: Yığmamız  əla potensialı olan güclü komandadır
“Mən əminəm ki, milli komandamız yüksək yerə iddia edə bilər”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının voleybolçusu Kseniya Kovalenko deyib.

Növbəti mövsümdən İtaliyanın A seriyasında mübarizə aparacaq “Kariparma Siqrade”də çıxış edəcək 25 yaşlı blokçu sentyabrda start götürəcək Avropa çempionatının final mərhələsində uğurlu çıxışa ümid edir. Kovalenko italiyalı həmkarlarımıza müsahibəsində bildirib ki, millimiz medallar uğrunda mübarizə aparacaq: “Görüşlərə ciddi hazırlaşırıq. Biz əla potensialı olan güclü komandayıq. Həmişə bir-bir dəstək oluruq və birlikdə yüksək nəticə əldə edə bilərik. Buna hamımız inanırıq”.

Qeyd edək ki, hazırda millimiz Avro-2011-in final mərhələsinə hazırlığı Qubada davam etdirir. Həlledici oyunlarda isə Azərbaycan voleybolçuları İtaliya, Xorvatiya və Türkiyə yığmaları ilə B qrupunda yarışacaq.
0