Azərbaycan çempionunun potensial rəqibləri müəyyənləşdi
23.07.2011 - 13:33
Azərbaycan çempionunun potensial rəqibləri müəyyənləşdi
Bakının qadınlardan ibarət ABU həndbol klubu növbəti mövsümdə “Çelenc Cup” turnirində mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, Olimpiya çempionumuz Rəfiqə Şabanovanın çalışdırdığı komandanın rəqibləri iyulun 26-da müəyyənləşəcək.

Püşkatma mərasimi Avropa Həndbol Federasiyasının Avstriyanın paytaxtı Vyanada yerləşən mənzil-qərargahında baş tutacaq. İlkin olaraq, paytaxt komandasının 29 potensial rəqibinin adı dəqiqləşib.

ABU mübarizəyə III mərhələdən başlayacaq. Belə ki, ilk raunddan sonra II mərhələyə çıxan 8 komanda 2 qrupda mübarizə aparacaq və qrup qalibləri növbəti mərhələyə yüksələcək.

III mərhələdə isə komandalar evdə və səfərdə oynayacaqlar. Hər 2 görüşün nəticəsinə əsasən güclü klub 1/16 finala yüksələcək. Burada da onları daha 8 komanda gözləyir.

II mərhələ

1-ci səbət
“Kelçe” (Polşa)
“Alavarium” (Portuqaliya)

2-ci səbət
“Sokol Pisek” (Çexiya)
“Zelina” (Xorvatiya)

3-cü səbət
“Panetolikos” (Yunanıstan)
“Zrinjski Mostar” (Bosniya və Herseqovina)

4-cü səbət
“Drut Beliniçi” (Belarus)
“Olimpiya” (İngiltərə)

III mərhələ

1-ci səbət
“Lokomotiv” (Xorvatiya)
PAOK (Yunanıstan)
“Korovoqs” (İslandiya)
“Yellou Vintertur” (İsveçrə)
ZRK (Bosniya və Herseqovina)
“Viktoriya” (Belarus)
ABU (Azərbaycan)
“Dornbirn” (Avstriya)

2-ci səbət
“Femina” (Belçika)
“Eqle-Sviasa” (Litva)
FLH (Fransa)
“Anadolu Universiteti” (Türkiyə)
“Dnepryanka” (Ukrayna)
ZRK (Serbiya)
II mərhələnin qrup qalibləri

1/16 finalda gözləyənlər
“Banik” (Çexiya)
HAC (Fransa)
“Gevgelija” (Makedoniya)
AZS (Polşa)
“Yuve Lis” (Portuqaliya)
“Srvena Zvezda” (Serbiya)
“Muratpaşa Bələdiyyəsi” (Türkiyə)
“Podatkova Universiteti” (Ukrayna)
0