“Onlar “döyüşəcəkləri” bütün cəbhələrdə iddialı olmağı planlaşdırırlar” - FOTO
23.07.2011 - 14:04
“Onlar “döyüşəcəkləri” bütün cəbhələrdə iddialı olmağı planlaşdırırlar” - FOTO
“Yeni komandamın hədəfləri böyükdür. Onlar “döyüşəcəkləri” bütün cəbhələrdə iddialı olmağı planlaşdırırlar”. Apasport.az saytının məlumatına görə, bunu ABŞ milli komandasının voleybolçusu Cennifer Doris deyib.

Bakının “İqtisadçı” klubunun yeni transferi keçidinə münasibət bildirib. Onun sözlərinə görə, yeni komandasının əsas məqsədi CEV kubokunda və Azərbaycan Super Liqasında uğurlu çıxış etməkdir. Doris bildirib ki, bu yolda “İqtisadçı”ya xeyir vermək üçün bütün bacarığını ortaya qoyacaq: “Mən də üzərimə düşən məsuliyyəti bilirəm. Çalışacağam ki, bakılıların heyətində öz gücümü göstərim”.
0