“Türkiyə hazırlığında bəzi planlarımızı həyata keçirə bilmədik” - FOTO
25.07.2011 - 14:07
“Türkiyə hazırlığında bəzi planlarımızı həyata keçirə bilmədik” - FOTO
Kişi basketbolçulardan ibarət Azərbaycan yığma komandası Türkiyədəki təlim-məşq toplanışını başa burub. Bu barədə apasport.az saytına Azərbaycan Basketbol Federasiyasının baş meneceri Levent Türknas məlumat verib.

O, bildirib ki, Türkiyədə qarşıda duran planların hamısı həyata keçirilməyib: “Türkiyədəki təlim-məşq toplanışının komandaya ümumi planda xeyri dəydi. Amma bəzi planlar vardı ki, onları həyata keçirə bilmədik. Məsələn, Türkiyədə oynayan bir azərbaycanlı basketbolçu ilə görüşməyi planlaşdırırdıq ki, bu, baş tutmadı. Əvəzində, tərslikdən iki basketbolçumuz zədələnib, hazırlıq matçlarına qatıla bilmədi. Buna rəğmən, Türkiyə səfəri bizə fərqli təcrübə gətirdi”.

Türknasın sözlərinə görə, bundan sonra Avropa çempionatının B divizionunun oyunlarına Bakıda hazırlaşacaqlar: “Bugündən hazırlığımızın növbəti mərhələsinə başlayırıq. Əsasən diqqəti oyun praktikasının artırılmasına yönəldəcəyik”.

Qeyd edək ki, Avropa çempionatının B divizionunun II dövrəsinin görüşləri avqustda keçiriləcək.
0