Azərbaycan çempionunun “Çelenc Cup”da rəqibi müəyyənləşdi
26.07.2011 - 15:21
Azərbaycan çempionunun “Çelenc Cup”da rəqibi müəyyənləşdi
Bu gün həndbolçu qadınlar arasında “Çelenc Cup” turnirinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Avstriyanın paytaxtı Vyanada baş tutan mərasimdə Azərbaycan çempionu ABU-nun rəqibi müəyyənləşib.

Mübarizəyə III mərhələdən başlayacaq Rəfiqə Şabanovanın yetirmələri II raundda B qrupunda yer alan “Alavarium” (Portuqaliya), “Zelina” (Xorvatiya), “Panetolikos” (Yunanıstan) və “Olimpiya” (İngiltərə) komandalarının ən güclüsü ilə qarşılaşacaq. İlk matç noyabrın 5-i və ya 6-da Bakıda, cavab oyunu 1 həftə sonra səfərdə olacaq.

Qeyd edək ki, reqlamentə əsasən ilk raunddan sonra II mərhələyə çıxan 8 komanda 2 qrupda mübarizə aparacaq və qrup qalibləri növbəti mərhələyə yüksələcək.

III mərhələdə isə komandalar evdə və səfərdə oynayacaqlar. Hər 2 görüşün nəticəsinə əsasən güclü klub 1/16 finala yüksələcək. Burada da onları daha 8 komanda gözləyir.

II mərhələ

A qrupu
“Kelçe” (Polşa)
“Sokol Pisek” (Çexiya)
“Zrinjski Mostar” (Bosniya və Herseqovina)
“Drut Beliniçi” (Belarus)

B qrupu
“Alavarium” (Portuqaliya)
“Zelina” (Xorvatiya)
“Panetolikos” (Yunanıstan)
“Olimpiya” (İngiltərə)

III mərhələ
“Dnepryanka” (Ukrayna) - PAOK (Yunanıstan)
ZRK (Bosniya və Herseqovina) - ZRK (Serbiya)
A qrupunun qalibi - “Dornbirn” (Avstriya)
“Yellou Vintertur” (İsveçrə) - “Eqle-Sviasa” (Litva)
“Viktoriya” (Belarus) - “Femina” (Belçika)
“Lokomotiv” (Xorvatiya) - “Anadolu Universiteti” (Türkiyə)
“Korovoqs” (İslandiya) - FLH (Fransa)
ABU (Azərbaycan) - B qrupunun qalibi


1/16 finalda gözləyənlər
“Banik” (Çexiya)
HAC (Fransa)
“Gevgelija” (Makedoniya)
AZS (Polşa)
“Yuve Lis” (Portuqaliya)
“Srvena Zvezda” (Serbiya)
“Muratpaşa Bələdiyyəsi” (Türkiyə)
“Podatkova Universiteti” (Ukrayna)
0