Maradonanın kürəkəni rəsmən “Mançester Siti”də!
28.07.2011 - 09:07
Maradonanın kürəkəni rəsmən “Mançester Siti”də!
Argentina millisinin futbolçusu Serxio Aqueronun “Mançester Siti”yə keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, uzun illərdir Madrid “Atletiko”sunda oynayan 24 yaşlı hücumçu İngiltərə Premyer Liqa təmsilçisi ilə müqavilə bağladığını açıqlayıb: “Artıq “Mançester Siti”nin futbolçusuyam. Mən bu kluba və şəhərə keçirəm”.

Serxo Mançester şəhərinə 6 illik müqavilə bağlamaq üçün gəlib. Onun keçidinin məbləği 38 milyon funt sterlinq təşkil edib. Bununla da Aquero “Mançester Siti”nin tarixində ən bahalı futbolçu olub. O, klubun bunadək - 2008-ci ildə 32,5 funt sterlinqə aldığı braziliyalı hücumçu Robinyonu keçib.

Qeyd edək ki, Aquero əfsanəvi argentinalı futbolçu, milli komandasının sabiq baş məşqçisi Dieqo Maradonanın kürəkənidir.
0