Yığmamızın üzvü: Qızlar üçün darıxmışdım - FOTO
28.07.2011 - 23:03
Yığmamızın üzvü: Qızlar üçün darıxmışdım - FOTO
“Qubadakı təlim-məşq toplanışı çox yaxşı keçdi. Xeyli vaxt idi ki, komanda üzvləri bir araya gəlmirdi. Düzü, qızlar üçün darıxmışdım”. Bunu apasport.az saytına açıqlamasında millimizin voleybolçusu Natəvan Qasımova deyib.

Onun bildirdiyinə görə, indi əsas vəzifələri növbəti məşqləri də yüksək səviyyədə keçirib, Avropa çempionatının final mərhələsində uğurlu çıxış etməkdir.

Voleybolçu, həmçinin bildirib ki, İtaliyada çıxış etdiyi “Skavolini” klubunda ona “qal” desələr də, Bakıya qayıtmağa üstünlük verib. Natəvan, bunu paytaxt klublarını birində çıxış etmək istəyi ilə əlaqələndirib: “Azərreyl”də mənim mövqeyimdə 2 voleybolçu olduğu üçün, bu klubla oynamağım real deyil. Açığı, transferimlə nişanlım Tunc Əfşar məşğuldur. Ola bilsin ki, iddialı bir yerli komanda ilə müqavilə bağlayım. Konkret bir şey olan kimi mətbuata açıqlama verəcəm”.
0