İtaliya çempionatında oynadı, “Bakı”ya keçdi
31.07.2011 - 13:42
İtaliya çempionatında oynadı, “Bakı”ya keçdi
Ölkəmizi "Çelenç Cup"da təmsil edəcək "Bakı" növbəti transferini həyata keçrib. Apasport.az saytının məlumatına görə, əsasən legionerlərə üstünlük verən paytaxt təmsilçisi bu dəfə yerli voleybolçu ilə anlaşıb.

"Bakı" indiki vəziyyətdə Azərbaycanın ən güclüsü sayılan, milli komandamızın kapitanı Natəvan Qasımova ilə anlaşıb.

Qasımova son iki mövsümü İtaliyanın "Skavolini" klubunda keçirib. Rəhbərlik onun xidmətində növbəti illər üçün də maraqlı olsa da, Qasımova Azərbaycana qayıtmağı üstün tutub. O, "Azərreyl"də çıxış etmək arzusunda olmasına baxmayaraq, mübarizə apardığı mövqedə iki voleybolçu olduğundan başqa variantları da nəzərdən keçrib. Sonda isə Qasımova "Bakı"nın lehinə seçim edib.

Qasımovanın transferi ilə nişanlısı, vaxtilə "Bakı" futbol klubunda vitse-prezident vəzifəsində çalışmış Tunc Afşar məşğul olub. Afşar "Bakı" ilə yaxın əlaqədə olduğundan çox güman ki, Qasımovanın transferində fikir ayrılığı meydana gəlməyib.
0