Olimpiadanın gümüş mükafatçısı daha bir il Azərbaycanda!
01.08.2011 - 12:13
Olimpiadanın gümüş mükafatçısı daha bir il Azərbaycanda!
Bakının voleybolçu qadınlardan ibarət "İqtisadçı" komandası transfer çalışmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, klub hazırkı heyət üzvləri ilə müqavilənin müddətini də uzadır.

Belə ki, "İqtisadçı" ötən il transfer etdiyi 32 yaşlı amerikalı Hanef Parkın xidmətindən növbəti ildə də yararlanacaq.

Qeyd edək ki, Park 2 metr boya sahibdir. O, ölkəmizə gəlməzdən öncə İtaliya, Yaponiya, Rusiya və Türkiyə milli çempionatlarında çıxış edib.

2002-ci ildən öz ölkəsinin milli komandasına dəvət edilən Park Pekin Yay Olimpiya Oyunlarının da gümüş mükafatçısıdır.
0