“Turan” üçün daha bir legioner
01.08.2011 - 18:08
“Turan” üçün daha bir legioner
Şənbə günü Premyer Liqanın I turunda “İnter”in qonağı olacaq “Turan” heyətini komplektləşdirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Əsgər Abdullayev müdafiə xəttini gücləndirmək niyyətindədir.

Bu məqsədlə daha bir çernoqoriyalı futbolçu baxışa dəvət edilib. Söhbət Milivoje Novoviçdən gedir. 193 sm boyu, 84 kq çəkisi olan 27 yaşlı mərkəz müdafiəçi son mövsümü “OFK Petrovaç” klubunda keçirib.
Qeyd edək ki, Novoviçdən öncə daha bir çernoqoriyalı müdafiəçi baxışdan keçmək üçün Tovuza gəlib. Belə ki, Milivojenin həmyerlisi olan Aleksandr Dubliyeviç də Əsgər Abdullayevin etimadını doğrultmağa çalışır. Ampluası müdafiəçi olan Dubliyeviçin “Turan”da qalmaq şansı böyükdür.
0