“Rabitə”dən supertransfer!
02.08.2011 - 15:00
“Rabitə”dən supertransfer!
Azərbaycan voleybolu tarixində ilk dəfə FİVB klublararası dünya çempionatında, habelə Avropa Çempionlar Liqasında mübarizə aparacaq “Rabitə” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Türkiyə yığmasının şərəfini qoruyan Pelin Çeliklə rəsmi müqaviləyə imza atıb.

1982-ci il doğumlu, 172 sm boya malik olan Çelik növbəti 1 ildə Azərbaycan çempionunun formasını geyinəcək. O, karyerası ərzində “Vakıfbank”, “Fənərbaxça”, “Beşiktaş”, “Karşıyaka” kimi komandaların şərəfini qorumaqla yanaşı, 275 dəfə Türkiyə millisinin heyətində meydana çıxıb.

2009-cu ildə “ay-ulduzlularla” Avropa Liqasının ən yaxşı oyun qurucusu seçilən Pelin yığmalarının heyətində analoji yarışın və Avropa çempionatının (2003) gümüş medalına yiyələnib.

O, həmçinin “Vakıfbank”la Türkiyə çempionluğu yaşayıb və 2 dəfə Çempionlar Liqasının finalında oynayıb.

0