Çempionlar Liqasının qalibi Azərbaycan klubu ilə müqavilə bağladı
02.08.2011 - 15:28
Çempionlar Liqasının qalibi Azərbaycan klubu ilə müqavilə bağladı
“İqtisadçı” voleybol klubu yeni baş məşqçi ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın bürünc mükafatçısı italiyalı mütəxəssis Emanuele Sbano ilə anlaşıb.

Yeni mövsümdə CEV kubokunda debüt edəcək “universitet komandası” 38 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalayıb. Sbanonun karyerası əsasən, İtaliya A seriyası ilə bağlıdır. O, 2003-2008 və 2009-2010-cu illərdə “Peruca”nı, 2008-2009-cu illərdə Türkiyənin “Karşıyaka” komandasını çalışdırıb.

“İqtisadçı”nın yeni baş məşqçisi “Peruca” ilə 2 dəfə Çempionlar Liqasının qızıl medalını (2006, 2008), 1 dəfə CEV kubokunu, (2005), 2 dəfə İtaliya çempionluğunu (2005, 2007), 2 dəfə ölkə kubokunu (2005, 2007) və 1 dəfə İtaliya Super Liqasını (2007) qazanıb.
0