“Azərbaycandan təklif alanda, hədsiz təəccübləndim”
03.08.2011 - 12:23
“Azərbaycandan təklif alanda, hədsiz təəccübləndim”
“Agentim Azərbaycandan təklif haqda məlumat verəndə, hədsiz təəccübləndim. İndi ora getmək gününü gözləyirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İqtisadçı” voleybol klubunun braziliyalı yeni transferi Veronika Brito deyib.

Son 2 mövsümdə Superliqamızın bürünc medalını qazanan “universitet komandası” heyətini gücləndirməkdə davam edir. Növbəti mövsümdə CEV Kubokunda çıxış edəcək “İqtisadçı”nın legioneri Azərbaycanda qadın voleybolunun çox populyar olduğunu bildirib: “Oradakı klubları güclü sponsorları var. Onlar qadın voleyboluna böyük sərmayə qoyurlar. Ümid edirəm ki, Azərbaycanda yaxşı çıxış edəcəyəm. Bununla həmyerlilərim üçün yeni transfer bazarı açacağam”.
0