“Rabitə” növbəti mövsümə heyətini açıqladı
03.08.2011 - 12:36
“Rabitə” növbəti mövsümə heyətini açıqladı
Son 2 ildə Azərbaycan çempionu olan “Rabitə” voleybol klubunun 2011/12 mövsümü üçün heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Çempionlar Liqasının (ÇL) finalçısı növbəti mövsümdə sərəncamında olan 13 voleybolçunun adını açıqlayıb.

Bunlar ötürücülər İrina Jukova, Pelin Çelik, Meri Spayser, blokçular Nataşa Krsmanoviç, Mira Qoluboviç, Keti Radzuveyt, hücumçular Natalya Məmmədova, Nataşa Osmokroviç, Kimberli Qlass, Dobryana Rabaciyeva, Sanya Staroviç, Yasna Çaystroviç və lidero Silviya Popovişdir.

Qeyd edək ki, “Rabitə” yeni baş məşqçisi Zoran Qaiçin rəhbərliyi altında növbəti mövsümdə ÇL-də oynayacaq və klublararası dünya çempionatında debüt edəcək.
0