“Bakı” Hollandiya millisinin üzvü ilə müqavilə bağladı!
08.08.2011 - 16:35
“Bakı”  Hollandiya millisinin üzvü ilə müqavilə bağladı!
Azərbaycanı “Çelenç Cup”da təmsil edəcək “Bakı” voleybol klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Hollandiya millisinin orta sahə oyunçusu Quinta Stenbergenlə müqavilə imzalayıb.

1985-ci il təvəllüdül voleybolçu 188 sm boya malikdir, son klubu "Asteveen" klubu olub.

Quinta milli komandasının heyətində 2008-ci ildə debüt edib. O, milli formada 18 oyunda qüvvəsini sınayıb.

Qeyd edək ki, Stenbergen “Bakı”da oynayacaq ilk hollandiyalı deyil. Komandamız ötən ay Hollandiya millisinin lideri İnqrid Visserlə 1 illik müqavilə imzalamışdı.
0