Nelson millimizdə debütə hazırlaşır
10.08.2011 - 10:10
Nelson millimizdə debütə hazırlaşır
Avqustun 12-də kişi basketbolçular arasında Avropa çempionatının B divizionunda II dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk dövrədən sonra 7 xalla üçüncü pillədə qərarlaşan Azərbaycan millisi 5-ci matçını doğma divarlar arasında keçirəcək.

Bu qarşılşmada rəqibimiz Albaniya yığması olacaq. İlk dövrədə 81:63 hesabı ilə qələbə qazanan Elxan Əliyevin yetirmələrinin bu dəfə də qələbə qazanacaqlarını proqnozlaşdırmaq olar. Lakin bu, yığmamıza heç də asan başa gəlməyəcək. Çünki millimizin amerikalı aparıcı legioneri Çarlz Devis zədə səbəbindən komandadan ayrı düşüb. Ondan başqa, heyətə yeni cəlb edilən David Yonq da eyni aqibəti yaşayıb. Bu basketbolçuların əvəzinə isə digər amerikalı Spenser Nelson meydana çıxacaq. O, ötən il milliləşdirilsə də, hələ yığmamızda debüt etməyib.

Qeyd edək ki, Devis ilk dövrədə keçirdiyi 4 oyunda 104 xal toplamışdı və ən çox fərqlənənlər arasında II yerdə qərarlaşmışdı.

12 avqust

19:00. AZƏRBAYCAN – Albaniya
“Sərhədçi” Olimpiya Mərkəzi

BELARUS – İSVEÇ

1. İsveç 4 3 1 341-273 7
2. Rumıniya 4 3 1 329-308 7
3. AZƏRBAYCAN 4 3 1 338-329 7
4. Belarus 4 1 3 318-314 5
5. Albaniya 4 0 4 277-379 4
0