Milli komandamız yenidən toplanır
10.08.2011 - 23:01
Milli komandamız yenidən toplanır
Avro-2011-in final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, artıq İsraildən dönən yığmamız 1 günlük fasilədən sonra - avqustun 12-də yenidən hazırlıqlara başlayacaq.

Voleybol Federasiyasının zalında keçiriləcək məşqlərə avqustun sonlarında yekun vurulacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi sentyabrın 22-dən oktyabrın 2-dək İtaliya və Serbiyada olacaq. Komandamız İtaliya, Xorvatiya və Türkiyə voleybolçuları ilə eyni qrupda yer alıb.
0