“İqtisadçı”nın rəqibi güclənir
10.08.2011 - 11:05
“İqtisadçı”nın rəqibi güclənir
“İqtisadçı” voleybol klubunun CEV kubokunun 1/16 final mərhələsində rəqibi olan “Dinamo Romprest” (Rumıniya) heyətini gücləndirir. Apasport.az saytının məlumatına görə, Buxarest təmsilçisi bu dəfə Bolqarıstan yığmasının üzvü Yelena Kolevanı transfer edib. Yunanıstan “Olimpiakos”undan alınan voleybolçu ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Koleva ötən il “Çelenc Cup”da sabiq komandasının heyətində “Azərreyl”ə qarşı oynayıb və məğlubiyyətlə üzləşib. Bu azmış kimi, “Dinamo Romprest” Çempionlar Liqasının 2010/2011 mövsümündə “Rabitə” ilə hər 2 qarşılaşmada uduzub.
0