Türkiyə yığması millimizlə oyuna hazırlıq proqramını açıqladı
10.08.2011 - 12:44
Türkiyə yığması millimizlə oyuna hazırlıq proqramını açıqladı
Avro-2011-in final mərhələsində Azərbaycan millisinin rəqibi olan Türkiyə voleybol yığmasının keçirəcəyi yoldaşlıq oyunları dəqiqləşib. Apasport.az saytının məlumatına görə, avqustun 1-dən İstanbulda hazırlıqlara başlayan “ay-ulduzlular” ayın sonunda Bolqarıstanla birgə təlim-məşq toplanışı keçəcəklər. Onlar həmçinin, “Lokomotiv”in baş məşqçisi Draqutin Baltiçin çalışdırdığı yığma ilə yoldaşlıq görüşlərində də güclərini yoxlayacaqlar.

Bundan sonra türkiyəli voleybolçular sentyabrın əvvəlində Almaniya və Hollandiya komandaları ilə yoxlama matçlarında qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, “ay-ulduzlular”ın braziliyalı baş məşqçisi Marko Aurelio Motta sentyabrın 22-dən oktyabrın 2-dək İtaliya və Serbiyada təşkil ediləcək Avropa çempionatının final mərhələsinin hazırlığına 17 voleybolçu cəlb edib.

Bunlar Naz Aydəmir, Özge Çemberci, Asuman Karakoyun, Güldən Kuzubaşıoğlu, Gizem Güreşen, Neslihan Darnel, Polen Uslupəhlivan, Esra Gümüş, Gözdə Sonsırma, Nəriman Özsoy, Səlimə İlyasoğlu, Güldəniz Önal, Əlif Onur, Eda Ərdəm, Büşra Cansu, Bahar Toksay və Ərgül Avcıdır. Sonda isə bunlardan 12-si seçiləcək.
0