Yığmamızın oyunu türkiyəli hakimə tapşırıldı
10.08.2011 - 23:02
Yığmamızın oyunu türkiyəli hakimə tapşırıldı
Sabah kişi basketbolçular arasında Avropa çempionatının B divizionunda keçiriləcək Azərbaycan – Albaniya matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq oyunda baş hakim funksiyasını türkiyəli Ergin Kennerman yerinə yetirəcək.

Ona Yasri Rayniş (İsrail) və Vladimir Tsekov (Bolqarıstan) kömək edəcəklər.

Qarşılaşmada hakimlərin işinə isə qiyməti rusiyalı komissar Vladimir Xlopikov verəcək.

Qeyd edək ki, Azərbaycan – Albaniya oyunu saat 19:00-da start götürəcək.
0