“Azərbaycana uduzsaq, bu, dünyanın sonu olmayacaq” - FOTO
10.08.2011 - 17:36
“Azərbaycana uduzsaq, bu, dünyanın sonu olmayacaq” - FOTO
Albaniya Basketbol Federasiyasının baş katibi Korab Llazani milli komandalarının növbəti görüşləri haqda fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis yığmalarının Avropa çempionatının B divizionunda qrup mərhələsinin II dövrəsində keçirəcəyi 4 oyuna ciddi yanaşdığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Belarus, Rumıniya və İsveç yığmaları ilə oyunlara yalnız qələbə üçün çıxacaqlar: “Basketbol son saniyələrə kimi davam edən idman növüdür. Milli komandamız yarışın son mərhələsi üçün xüsusi hazırlıq keçib. Bu mənada qarşıdakı matçlarda qalib gəlməyimiz təəccüblü olmayacaq. Ancaq uduzsaq, bu, dünyanın sonu olmayacaq. Hər oyunda qarşımıza qələbə qazanmaq məqsədi qoymuşuq”.

Qeyd edək ki, Azərbaycan – Albaniya oyunu avqustun 12-də “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək.
0