“Lokomotiv” bir əcnəbini saxlayıb, ikisini yola saldı
11.08.2011 - 11:12
“Lokomotiv” bir əcnəbini saxlayıb, ikisini yola saldı
Bakının “Lokomotiv” klubu ötən il heyətində çıxış edən 3 amerikalı voleybolçudan yalnız biri ilə müqaviləni yeniləyib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” ABŞ millisinin aparıcı üzvü Nansi Metkalfı heyətdə saxlamağa qərar veriblər.

Onunla yenidən 1 mövsümlük müqavilə imzalanıb. “Lokomotiv” Metkalfdan fərqli, Kristin Riçards və Nikol Devisə qapını göstərib.

Qeyd edək ki, hələlik yalnız “Rabitə”dən Diana Nenovanı transfer edən “Lokomotiv” ötən ilki heyətdən Mariya Filipova, Kremena Kamenova (hər ikisi Bolqarıstan), Aleksandra Samoylova (Rusiya) və Vera Klimoviçi (Belarus) komandada saxlayıb.
0