Belarus yığmasının kapitanı rəsmən Bakı klubunda!
11.08.2011 - 12:11
Belarus yığmasının kapitanı rəsmən Bakı klubunda!
Bakının “Lokomotiv” voleybol klubu heyətinə yeni voleybolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, paytaxt komandası Belarus millisinin kapitanı Olqa Palçevskayanı rənglərinə bağlayıb.

27 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. Son mövsümdə Rusiya “Fakel”inin şərəfini qorumuş Palçevskaya 2002-ci ildən yığmalarının formasını geyinir.

184 sm boya malik Olqa 2004/2005 və 2005/2006 mövsümlərində Minsk “Slavyanka”sı ilə CEV kubokunda, 2008/2009 və 2009/2010 mövsümlərində isə eyni şəhərin “Minçanka” komandası ilə “Çelenc Cup”da çıxış edib.

Qeyd edək ki, Palçevskayanın keçidində “Lokomotiv”in digər belaruslu legioneri Vera Klimoviçin də rolu olub. Onlar hər ikisi avqustun 13-də ölkəmizə gələcəklər.
0