Azərbaycan millisi Serbiya ilə görüşəcək
11.08.2011 - 12:53
Azərbaycan millisi Serbiya ilə görüşəcək
Sabah Bolqarıstanda gənc basketbolçular arasında “Poseydon 2011” beynəlxalq turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda 9 ölkə – Azərbaycan, Bolqarıstan, Türkiyə, Rusiya, Ukrayna, Serbiya, Qazaxıstan, Gürcüstan və Rumıniya yığmaları da daxil olmaqla, 38 komanda mübarizə aparacaq.

3 yaş qrupu üzrə təşkil ediləcək turnirin qalibləri avqustun 18-də müəyyənləşəcək. Oyunlar Olimpiya sistemi üzrə keçiriləcək.
0