Cənubi Braziliyanın ən güclüsü Azərbaycan çempionuna rəqib oldu
11.08.2011 - 14:47
Cənubi Braziliyanın ən güclüsü Azərbaycan çempionuna rəqib oldu
Azərbaycan çempionu “Rabitə” voleybol klubu Qatarda keçiriləcək dünya çempionatındakı sonuncu rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Cənubi Braziliyanın ən güclüsü “Sollis Nestle” Çempionlar Liqasının finalçısına rəqib olub.

Nəticədə “Rabitə”nin yer aldığı qrupda hər 3 komandanın adı dəqiqləşib. Voleybolçularımız Asiya çempionu “Çanq” (Tayland) və “Sollis Nestle” ilə mübarizə aparacaq.

Qeyd edək ki, A qrupunda “Kenya Prisons” (Afrika, Keniya), “Las Kriollas” (Şimali Amerika, Puerto-Riko) və “Vakıfbank Günəş” (Avropa, Türkiyə) komandaları mübarizə aparacaqlar.

Oyunlar oktyabrın 8-14-də Qətərin paytaxtı Dohada təşkil olunacaq. Reqlamentə əsasən, yarımfinalda qrupda 1-ci yerin sahibi digər qrupun ikincisi ilə qarşılaşacaq.
0