Yığmamızın üzvü Türkiyə klubu ilə müqaviləsini artırdı
11.08.2011 - 16:41
Yığmamızın üzvü Türkiyə klubu ilə müqaviləsini artırdı
Azərbaycan yığmasının həndbolçusu Marina Tankaskaya növbəti mövsümdə də Türkiyə Super Liqasında oynayacaq. Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş legionerimiz ötən mövsüm çıxış etdiyi “Muradpaşa Bələdiyyəspor”la müqavilənin müddətini uzadıb.

Qarşılıqlı razılaşmaya əsasən, Tankaskaya daha 1 il bu komandada qarmağa qərar verib.

Qeyd edək ki, Marinanın ötən mövsüm “Muradpaşa Bələdiyyəspor”un Türkiyə həndbol tarixində ilk dəfə “Çelenc Cup”ın finalında oynamasında və gümüş mükafata sahib olmasında böyük rolu olub.
0