Asan qələbə - YENİLƏNİB
12.08.2011 - 19:52
Asan qələbə - YENİLƏNİB
Kişi basketbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının B divizionunda 5-ci matçına çıxıb. Apasport.az saytının məlumatına görə, II dövrənin ilk oyununda rəqibimiz Albaniya millisi olub.

İlk görüşdə səfərdə 81:63 hesabı ilə qələbə qazanan basketbolçularımız bu dəfə də rəqibə heç bir şans verməyiblər. Düzdür, səfərdə layiqli qalibiyyətdə əsas pay sahibi olan Çarlz Devis zədə səbəbindən komandaya kömək edə bilməsə də, Elxan Əliyevin yetirmələri onun yoxluğunu hiss etdirməyiblər.

Belə ki, ilk periodda 11 xal irəli keçən komandamız əsas fasiləyə kimi rəqibini 20 top qabaqlayıb – 57:37. Üçüncü hissə də basketbolçularımızın üstünlüyü şəraitində keçdiyindən albanlar fərqi azalda bilməyiblər. Əksinə, millimiz fərqi daha da artıraraq, 24 topa çatdırıblar (81:57). Son periodda ilk hissələrlə müqayisədə basketbolçularımızda bir qədər yorğunluq hiss edilsə də, yığmamız üstünlüyü əldən verməyib. Millimiz 99:86 hesabı ilə qələbə qazanaraq, Albaniyadan güclü olduqlarını bir daha sübut edib.

Qrupumuzda digər görüşdə Belarus İsveç millisini sınağa çəkəcək. Rumıniya basketbolçuları isə bu turda istirahət edəcəklər.

Qeyd edək ki, bu gün həmçinin ötən il milliləşdirilmiş legionerimiz Spenser Nelson yığmamıza debüt edib.

12 avqust

AZƏRBAYCAN – ALBANİYA - 99:86 (31:20, 26:17, 24:20, 18:29)
Baş hakim: Ergin Kennerman (Türkiyə)
“Sərhədçi” Olimpiya Mərkəzi

1. AZƏRBAYCAN 5 4 1 437-415 9
2 İsveç 4 3 1 341-273 7
3. Rumıniya 4 3 1 329-308 7
4. Belarus 4 1 3 318-314 5
5. Albaniya 5 0 5 363-478 5
0