Azərbaycan yığması üçün şad xəbər
12.08.2011 - 12:58
Azərbaycan yığması üçün şad xəbər
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi növbəti ildən B divizionunda çıxış etməyəcək. Bu barədə məlumatı apasport.az saytına Basketbol Federasiyasının baş meneceri Ləvənt Türknas verib.

Onun sözlərinə görə, FİBA Avropa artıq yeni qərar qəbul edib: “Yeni qaydalara əsasən, növbəti mövsümdən B divizionu ləğv olunacaq. Bütün komandalar seçmə mərhələdən mübarizəyə başlayacaq və 24 yığma qüvvəsini sınayacaq. Belə olan halda, Azərbaycan da güclülərlə yarışacaq”.

Bu gün Azərbaycan basketbolçuları B divizionunda növbəti oyununa çıxacaq. A divizionuna vəsiqə verən yarışda isə artıq lazımı mübarizənin getməyəcəyini indidən söyləmək olar.

Çünki yeni qaydalara əsasən qrupda 3-cü yerdə olan Azərbaycan yığmasını və digər millilər üçün qələbə vacib olmaya bilər. Lakin Türknas bildirib ki, bunun basketbolçularımız üçün elə ciddi fərqi olmayacaq: “Düzdür, zədədən əziyyət çəkənlərimiz var. Amma yeni qaydalar və digər problemlər bizə haqq qazandıra bilməz. Bizim yalnız bir məqsədimiz var ki, o da qələbə qazanmaqdır”.
0