Millimizin üzvü yeni mövsümə yeni komandada başlayacaq - FOTO
12.08.2011 - 23:00
Millimizin üzvü yeni mövsümə yeni komandada başlayacaq - FOTO
Azərbaycan milli komandasının basketbolçusu Rasim Başak növbəti mövsümə yeni klubda başlayacaq. Apasport.az saytının məlumatına görə, 31 yaşlı idmançı karyerasını Türkiyə Beko Basketbol Liqasında mübarizə aparan “Antalya Böyükşəhər Bələdiyyəsispor”unda davam etdirəcək.

Hazırda İspartada təlim-məşq toplanışında olan Ankara təmsilçisi 4 basketbolçusunun, o cümlədən, Başakın hazırlıqda iştirak etməməyini ciddi problem saymasa da, onların komandaya tez uyğunlaşacağı qənaətindədir. Amma səfərə yollanarkən bu basketbolçuların yerinə əvəzedici komandadan 3 idmançı cəlb edilib.

Qeyd edək ki, Rasimin son klubu “Türk Telekom” olub. O, bu komandadan öncə “Oyak Renault” və “Fənərbaxça”da oynayıb.
0