İsveç millisi yenidən Azərbaycanı qabaqladı
13.08.2011 - 10:00
İsveç millisi yenidən Azərbaycanı qabaqladı
Avropa çempionatının B divizionunda Azərbaycan milli komandasının yer aldığı B qrupunda 5 turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, rəqiblərimizdən Belarus İsveç millisini qəbul edib. Görüşdə qrupun favoriti sayılan qonaqlar 86:77 (19:22, 21:12, 32:21, 23:22) hesabı ilə qələbə qazanıblar.

Bu qələbədən sonra İsveç milli komandası top fərqinə görə yenidən liderliyə yüksəlib. İkinci pillədə Azərbaycan basketbolçuları yer alıblar. İlk “3-lüyü” isə həmyerlilərimizdən 1 oyun az keçirən Rumıniya qapayır.

Qeyd edək ki, V tur çərçivəsində Azərbaycan millisi Albaniya komandasını 99:86 hesabı ilə məğlub edib.

1.

İsveç

5

4

1

427-350

9

2.

AZƏRBAYCAN

5

4

1

437-415

9

3.

Rumıniya

4

3

1

329-308

7

4.

Belarus

5

1

4

395-400

6

5.

Albaniya

5

0

5

363-478

5

0