Azərbaycan çempionatında çalışmış daha bir məşqçi “Beşiktaş”da!
13.08.2011 - 10:32
Azərbaycan çempionatında çalışmış daha bir məşqçi “Beşiktaş”da!
Bakının “İqtisadçı” voleybol klubunun sabiq məşqçisi Erkan Kayacan özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, ötən ilin dekabrında paytaxt komandasından ayrılan mütəxəssis “Beşiktaş” klubunda çalışacaq.

O, burada “qara qartallar”ın gənclər və əvəzedici komandalarına rəhbərlik edəcək.

Qeyd edək ki, Rəşad Yazıçıoğulları ilə birgə “İqtisadçı”da işləmiş Kayacan onunla da istefaya göndərilmişdi. Erkandan öncə isə “Beşiktaş” Azərbaycanda çalışmış digər məşqçi Adnan Kistakı baş məşqçi postuna gətirmişdi.
0