“Bakı” millimizin üzvünü komandadan kənarlaşdırdı
13.08.2011 - 12:21
“Bakı” millimizin üzvünü komandadan kənarlaşdırdı
Azərbaycan milli komandasının voleybolçusu Lidiya Maksimenko “Bakı” klubundan ayrılıb. Apasport.az saytının məlumatına görə, bu il qarşısına “Çelenc Cup”da və Super Liqada ciddi məqsədlər qoyan paytaxt komandası onun xidmətlərində maraqlı olmayıb.

Milliləşdirilmiş ukraynalı voleybolçunun yenidən Türkiyə Super Liqasına üz tutacağı gözlənilir. Çünki hələlik heç bir Azərbaycan komandası Lidiyanın transferində maraqlı deyil.

Son 1 ildə “Bakı”da əsasən ehtiyatda “oturan” Maksimenko çox güman ki, milli komandamızın heyətində Avropa çempionatının final mərhələsində çıxış etməyək. O, hələ də yığmamızın təlim-məşq toplanışına qatılmayıb.

Qeyd edək ki, 30 yaşlı voleybolçu hazırda əvvəlki formasından çox uzaqdır.
0