Yığmamız qalib gəldiyi rəqibə qarşı
13.08.2011 - 12:54
Yığmamız qalib gəldiyi rəqibə qarşı
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının B divizionunda 6-cı görüşünü səfərdə keçirəcək. Apasport.az saytının məlumatına görə, Elxan Əliyevin yetirmələri avqustun 18-də Belarus yığmasının qonağı olacaqlar.

Komandamız Minskdə baş tutacaq qarşılaşmada ilk oyunda qazandığı qələbəni təkrarlamağa çalışacaq. Lakin güclü rəqibin də meydana revanş etmək arzusu ilə çıxacağı gözləniləndir. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qrupumuzda VI turun matçları isə avqustun 15-də olacaq. Yığmamızın istirahət edəcəyi oyun günündə İsveç – Rumıniya və Albaniya – Belarus görüşləri keçiriləcək.

Qeyd edək ki, Azərbaycan ilk görüşdə Belarus komandasına 83:79 hesabı ilə qalib gəlib.
0