“Azərbaycan Super Liqasında rəqabət güclüdür”
13.08.2011 - 13:25
“Azərbaycan Super Liqasında rəqabət güclüdür”
“Son illər hər mövsüm bir çempionatda oynayıram. Yenidən İtaliya A seriyasına gəlməyim yaxşı oldu. Burada da titul qazanmaq istəyirəm”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “İqtisadçı” voleybol klubunun sabiq kapitanı Riikka Lehtonen deyib.

Növbəti mövsümdən İtaliyanın “Pyaçentsa” komandasının şərəfini qoruyacaq finlandiyalı voleybolçu bildirib ki, Azərbaycan çempionatı Avropanın ən güclülərindəndir: “Mən son klubum “İqtisadçı” ilə Super Liqanın bürünc mükafatını qazandım. “Çelenc Cup” turnirində də yarımfinala kimi irəlilədik. Azərbaycanda voleybolu çox sevirlər. Orada güclü voleybolçular cəmləşib. Bunun nəticəsi olaraq, Azərbaycan çempionatında gərgin oyunlar keçir və rəqabət güclüdür. İnanıram ki, yeni klubumda da mövsüm bizim üçün uğurlu olacaq”.

Qeyd edək ki, Lehtonen Finlandiya milli komandasının da kapitanıdır.
0