Yığmamız istirahətə, rəqibləri meydana çıxır
15.08.2011 - 10:58
Yığmamız istirahətə, rəqibləri  meydana çıxır
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının yer aldığı Avropa çempionatının B divizionunun B qrupunda bu gün 2 matç baş tutacaq. Apasport.az saytının məlumatına görə, Elxan Əliyevin yetirmələrinin istirahət edəcəyi turda qrupun lideri İsveç Rumıniyanı qəbul edəcək.

Bu görüşdə ev sahibləri qalib gələcəkləri halda, millimizin yarışı II pillədə baş vurması üçün gözəl şansı olacaq. Əks halda, rəqib yenidən top fərqinə görə bizi qabaqlaya bilər.

Günün digər görüşündə isə Albaniya və Belarus basketbolçuları münasibətlərinə aydınlıq gətirəcəklər. Qonaqlar qarşılaşmanın favoriti hesab edilirlər.

Qeyd edək ki, Elxan Əliyevin yetirmələri növbəti matçlarını avqustun 18-də səfərdə Belarus yığmasına qarşı keçirəcəklər.



1. İsveç 5 4 1 427-350 9
2. AZƏRBAYCAN 5 4 1 437-415 9
3. Rumıniya 4 3 1 329-308 7
4. Belarus 5 1 4 395-400 6
5. Albaniya 5 0 5 363-478 5
0