“Azərbaycana məğlubiyyətdən nəticə çıxarmışıq”
15.08.2011 - 11:26
“Azərbaycana məğlubiyyətdən nəticə çıxarmışıq”
“Azərbaycan məğlub olsaq da, komandamız pis təsir bağışlamadı. Fikrimcə, yığma tezliklə lazımı oyunu nümayiş etdirəcək”. Apasport.az saytının məlumatına görə, bunu Albaniya Basketbol Federasiyasının baş katibi Korab Llazani deyib.

O bildirib ki, Azərbaycan yığmasına məğlubiyyəti araşdırıb, lazımı dərs götürüblər: “Bakıdakı oyunda hər bir basketbolçumuz maksimum gücünü ortaya qoydu. Lakin sonda fərqi azaltsaq da, rəqibin qələbəsinə mane ola bilmədik. Bu gün həmin məğlubiyyətdən nəticə çıxarmışıq. Fikrimcə, həmin çatışmazlığı Belarusla oyunda aradan qaldıracağıq və qələbə qazanacağıq”.

Qeyd edək ki, Avropa çempionatının B divizionunda Azərbaycan basketbolçuları ilə eyni qrupda yer alan almanlar son turda həmyerlilərimiz 99:86 hesabı ilə uduzub.
0