“Bakı” sentyabrda Türkiyəyə gedəcək
15.08.2011 - 14:00
“Bakı” sentyabrda Türkiyəyə gedəcək
Yeni mövsüm üçün yeni heyəti yığan “Bakı” klubu hazırlıqlara toplanışına sentyabrın 5-də başlayacaq. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”da debüt edəcək komanda təlim-məşq toplanışının ilk mərhələsini Bakıda keçəcək.

Lakin 11 voleybolçu ilə müqavilə bağlayan “Bakı” tam heyətlə hazırlıq keçə bilməyəcək. Sentyabrda Avropa çempionatı start götürəcəyindən baş məşqçi Ancelo Vercesi 8 nəfərlə məşq etmək məcburiyyətində qalacaq. Amma bu say arta da bilər. Çünki komanda rəhbərliyi daha 1 oyunçu alaraq, heyəti tamamlamaq fikrindədir.

Məşqlərdə isə Azərbaycan yığmasının toppaylayıcısı Natəvan Qasımova və Hollandiya milli komandasının üzvləri - İnqrid Visserlə Quinta Stenbergen iştirak etməyəcəklər.

Sentyabrın sonuna kimi Bakıda təlim-məşq toplanışında olacaq “Bakı” hazırlığın II mərhələsini Türkiyədə keçəcək. Burada komanda 1 neçə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Rəqibləri isə klubunun yeni braziliyalı çalışdırıcısı seçəcək.

Qeyd edək ki, “Bakı” bu il həmçinin, Renata Kolombo (Renatinya), Barboza Cibele, Alessandra Fratonini (hər üçü Braziliya), Rafaella Kalloni (Italiya), Reqan Hud, Keti Kater (hər ikisi ABŞ), Natavan Qasımova (Azərbaycan) və Yannike van Tienen (Hollandiya) transfer edib.
0