Premyer Liqa klubunun baş məşqçisi sərxoş yaxalandı
16.08.2011 - 09:26
Premyer Liqa klubunun baş məşqçisi sərxoş yaxalandı
İngiltərənin “Blekbern” klubunun baş məşqçisi Stiv Kin sərxoş halda yaxalanıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin 43 yaşlı çalışdırıcısı içkili halda avtomobil idarə etdiyinə görə polis tərəfindən tutulub. Kin insidentdə bütün günahı boynuna alıb. Test onun qanında alkoqolun 2 dəfə artdığını göstərib. Nəticədə baş məşqçi 18 aylıq sürücülük vəsiqəsindən məhrum olub.
0