“Rabitə”nin yeni transferi Bakıya gəldi
16.08.2011 - 10:44
“Rabitə”nin yeni transferi Bakıya gəldi
Azərbaycan çempionu “Rabitə”nin yeni transferi Pelin Çelik Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin aparıcı voleybolçusu yaxın günlərdə hazırlığa başlayacaq komandanın düşərgəsinə qoşulub.

Qeyd edək ki, “Rabitə”ni qarşıda 2 möhtəşəm turnir – klublararası dünya çempionatı və Çempionlar Liqasının oyunları gözləyir.
0