Azərbaycan çempionatının bürünc mükafatçısı A seriyasında oynayacaq
16.08.2011 - 15:10
Azərbaycan çempionatının bürünc mükafatçısı A seriyasında oynayacaq
“İqtisadçı”nın heyətdən kənarlaşdırdığı almaniyalı Ueiss Katlin karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Super Liqanın bürünc mükafatçısı A seriyasında mübarizə aparan “Spes Konegliano” klubu ilə anlaşıb.

O, az öncə “Lokomotiv”in amerikalı voleybolçu Kristin Riçardsı transfer edən Apennin təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Katlinin transferindən sonra Azərbaycandan A seriyasına gedən voleybolçuların sayı 4-ə çatıb. Nikol Devislə (ABŞ, “Lokomotiv”) Riikka Lehtonen (Finlandiya, “İqtisadçı”) “Pyaçentsa”da, Katlin və Riçards isə “Spes Konegliano”da oynayacaq.
0