“Bakı”dan biri də getdi
16.08.2011 - 15:52
“Bakı”dan biri də getdi
“Bakı” daha bir voleybolçu ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Lidiya Maksimenkonun ardınca kubalı Noris Kabrera da klubdan uzaqlaşdırılıb.

Lakin Noris işsiz qalmayıb. Belə ki, Kabrera artıq özünə yeni klub tapıb. Kubalı voleybolçu Polşa “PTPS Pila”sı ilə razılığa gəlib və növbəti 1 ildə bu komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, gənclərdən ibarət Kuba yığmasının 25 yaşlı sabiq kapitanı ötən mövsümün əvvəlində “Azərreyl”ə transfer edilsə də, II dövrədə “Bakı”ya keçmişdi.
0