İstirahətə tamam, məşqlərə davam
16.08.2011 - 18:15
İstirahətə tamam, məşqlərə davam
“İqtisadçı” 3 aylıq fasilədən sonra avqustun 29-da hazırlıqlara start verəcək. Apasport.az saytının məlumatına görə, CEV kubokundakı yeganə təmsilçimiz Bakıda bir araya gələcək.

Universitet komandasını məşqlərə yeni italiyalı çalışdırıcısı Emanuele Sbano çıxaracaq. Lakin onun sərəncamında “İqtisadçı”nın bütün üzvləri olmayacaqlar. Kristina Pastulova (Çexiya), Tayyubu Xaneef-Parkı (ABŞ), Alisa Blom (Hollandiya) və Yuko Sano (Yaponiya) milli komandalarının düşərgələrində olduqlarından hazırlığa bir müddət sonra qoşulacaqlar.

Təlim-məşq toplanışında isə Erika Koimbra, Cennifer Doris (ABŞ), Veronika Brito (Braziliya), Marina Katiç (Xorvatiya), Masami Yokoqama (Yaponiya) və Yelena Abbasova (Azərbaycan) iştirak edəcəklər.

Komanda sentyabrın ortalarında hazırlığın II mərhələsini xarici ölkələrin birində keçməyi planlaşdırır.
0