Çətin səfər sınağı
17.08.2011 - 12:47
Çətin səfər sınağı
Avropa çempionatının B divizionunda mübarizə aparan kişilərdən ibarət Azərbaycan milli komandası sabah növbəti sınağına çıxacaq. Apasport.az saytının məlumatına görə, Elxan Əliyevin yetirmələrinin rəqibləri Belarus yığması olacaq.

Bu oyunda qələbə Azərbaycan millisi üçün vacibdir. Çünki komandamız Bakıda olduğu kimi rəqibini məğlub edərsə, II pillədəki mövqeyini möhkəmlədəcək. Əgər belaruslular qalib gələrsə, bu halda onlar top fərqinə görə, Elxan Əliyevin yetirmələrini qabaqlaya bilərlər.

Minskdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Dünən səfərə yollanan basketbolçularımız matçın təşkil ediləcəyi arenada artıq ilk məşqə çıxıblar.

Qeyd edək ki, Azərbaycan – Belarus oyunu 83:79 hesabı ilə yekunlaşmışdı.

20:30. Rumıniya - Albaniya
21:00. Belarus – Azərbaycan

1.

İsveç

6

5

1

520-394

11

2.

AZƏRBAYCAN

5

4

1

437-415

9

3.

Belarus

6

2

4

472-471

8

4.

Rumıniya

5

3

2

373-401

8

5.

Albaniya

6

0

6

434-555

6

0