Azərbaycan çempionu hazırlığa 7 nəfərlə start verdi
17.08.2011 - 13:49
Azərbaycan çempionu hazırlığa 7 nəfərlə start verdi
“Rabitə” voleybol klubu bu gündən məşqlərə start verib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu yeni serbiyalı baş məşqçisi Zoran Qayiçin rəhbərliya altında bir araya gəlib.

Hazırlıqda Sanya Staroviç, Yasna Maystroviç, Mira Qoluboviç (hər üçü Serbiya), Pelin Çelik (Türkiyə), Nataşa Osmokroviç (Xorvatiya), İrina Jukova (Ukrayna) və Mədinə Əliyeva (Azərbaycan) iştirak edirlər. Dobryana Rabaciyeva (Bolqarıstan), Natalya Məmmədova (Azərbaycan), Nataşa Krsmanoviç, Silviya Popoviç (hər ikisi Serbiya), Keti Radzuveyt (Almaniya), Kimberli Qlass və Meri Spayser (hər ikisi ABŞ) isə milli komandalarının düşərgəsində olduğundan məşqlərə bir qədər gec qoşulacaqlar.

Qeyd edək ki, “Rabitə” hazırlıq proqramı və növbəti mövsümdə çıxışı ilə bağlı bugünlərdə mətbuat konfransı keçirəcək. Komandanın qitələrarası dünya çempionatında və Çempionlar Liqasında qarşılaya qoyduğu məqsədlər açıqlanacaq.
0