Rəqibimiz Avropa çempionatında hədəflərini açıqladı
17.08.2011 - 15:22
Rəqibimiz Avropa çempionatında hədəflərini açıqladı
Avro-2011-in final mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Türkiyə yığması İtaliyada və Serbiyada keçiriləcək oyunlarda tarixinin ən yaxşı nəticəsinə imza atmaq arzusundadır. Apasport.az saytının məlumatına görə, bunu haqda yerli mətbuata açıqlamasında “ay-ulduzlular”ın baş məşqçisi Marko Aurelio Motta deyib.

Braziliyalı mütəxəssisi zədəli voleybolçuların bir-bir heyətə qayıtması çox sevindirir. O, hətta sərəncamındakı voleybolçularla da məşqlərin yüksək səviyyədə keçdiyini və komandanın hər bir üzvünün səylə çalışdığını bildirib.

Baş məşqçinin sözlərinə görə, final mərhələsinə kimi yetirmələri tam hazır olacaq: “Çox çalışacağıq. Komandamız oyunlara əla hazırlaşır. Əsas məqsədimiz çempionatda uğurlu çıxışdır. Ən yaxşı nəticəni reallaşdırmaq üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, sentyabrın 22-dən oktyabrın 2-dək İtaliya və Serbiyada təşkil ediləcək Avropa çempionatının final mərhələsində Azərbaycan voleybolçularının yer aldıqları qrupda həmçinin, Xorvatiya və İtaliya komandası da var.
0