Millimizin daha bir üzvü rəsmən “Azərreyl”də!
17.08.2011 - 16:44
Millimizin daha bir üzvü rəsmən “Azərreyl”də!
“Azərreyl” Azərbaycan yığmasının daha bir üzvünü heyətdə saxlamağı bacarıb. Apasport.az saytının məlumatına görə, ötən il “dəmiryolçularla” “Çelenc Cup”a sahib olan milliləşdirilmiş slovakiyalı voleybolçu Yana Ağayeva (Matiasovska) növbəti mövsümdə də Bakı klubunda çıxış edəcək.

Onunla müqavilənin müddəti 1 il artırılıb. Bununla da, komandada yığmamızın şərəfini qoruyan voleybolçuların sayı 6-ya çatıb.

Qeyd edək ki, bu il Çempionlar Liqasında mübarizə aparacaq “Azərreyl” Ağayevadan öncə ötən ilki heyətdən Valeriya Korotenko, Polina Rəhimova, Aynur Kərimova, Oksana Kiselyova (hamısı Azərbaycan), Paulino De Souza Pereyra (Braziliya), Nutsara Tomkom (Tailand) və Tamas Cenefferlə (ABŞ) də 1 illik razılaşmışdı.

Bundan əlavə, komanda heyətinə yığmamızın kapitanı Oksana Parxomenko, amerikalı Hizer Eri Brun, belaruslu Oksana Kovalçuk və italiyalı Sara Anzanellonu da qatmışdı.
0