“Lokomotiv” baxışa 2 voleybolçu çağırıb, Bakını tərk edir
17.08.2011 - 16:56
“Lokomotiv” baxışa 2 voleybolçu çağırıb, Bakını tərk edir
Avqustun 15-də Bakıda məşqlərə başlayan “Lokomotiv” klubu hazırlığın növbəti mərhələsini Nabran və Qubada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” paytaxtda 9 günlük təlim-məşq toplanışının ardından Nabrana yollanacaqlar.

Burada əsasən diqqət fiziki hazırlığa yönələcək və 2 günlük məşqlərdən sonra “Lokomotiv” Qubaya gedəcək. “Çelenc Cup”da oynayacaq komanda sentyabrın ortalarına kimi burada toplanışın son mərhələsini keçəcək.

Bu arada “dəmiryolçular” baxışa 2 voleybolçu cəlb ediblər. Adlarını dəqiqləşdirə bilmədiyimiz Popova Rusiyadan, Jidkova isə Ukraynadan gəlib. Onlar özlərini doğruldacağı halda komandada qalacaqlar.
0