Milli komandamız 13 xallıq fərqlə uduzdu - YENİLƏNİB
18.08.2011 - 23:17
Milli komandamız 13 xallıq fərqlə uduzdu - YENİLƏNİB
Avropa çempionatının B divizionunda mübarizə aparan kişi basketbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız Minskdə Belarus millisinin qonağı olub.

Oyun basketbolçularımızın 74:87 hesablı məğlubiyyəti ilə nəticələnib. Yığmamızın heyətində Spenser 22, Rındin 19, Başak 13, Niftəliyev 8, Baxşiyev və Paşayev hərəyə 6 xal toplayıb.

Digər qarşılaşmada Albaniyanı qəbul edən Rumıniya çətin qələbə qazanıb - 79:78.

BELARUS – AZƏRBAYCAN – 87:74 (29:23, 21:8, 12:23, 25:20)
Baş hakim: Anton Maxlin (Rusiya)
Minsk İdman Sarayı.

Turnir cədvəli

1.
İsveç
6
5
1
520-394
11
2.
Belarus
7
3
4
559-545
10
3.
AZƏRBAYCAN
6
4
2
511-502
10
4.
Rumıniya
6
4
2
452-479
10
5.
Albaniya
7
0
7
512-634
7
0